Loading...
Araik Arutyunyan:

Araik Arutyunyan: "Bir neçə gün ərzində bütün Qarabağı itirərdik"

10-11-2020

Erməni qoşunları noyabrın 7-də Şuşa üzərində nəzarəti tamamilə itirdi.

Bunu Qarabağ separatçılarının lideri Araik Arutyunyan müraciətində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu son günlər ərzində yenidən PUA-larından istifadə etməyi və ağır zərbələr endirməyi bacardı.

"Biz hamımız, bütün rəhbərlər bu problemə görə cavabdeh olmalıyıq", - o deyib.

Araik Arutyunyan dünən tarixin verilmiş qərarını qiymətləndirəcəyini, ancaq "bunun üçün getməli olduqlarını" sözlərinə əlavə edib. 

"Əgər döyüş əməliyyatları eyni tempdə davam etsəydi, bir neçə gün ərzində bütün Qarabağı itirmiş olardıq", - Arutyunyan əlavə edib.

Virtualaz.org