Loading...

"Ordu Qarabağla bağlı müqavilənin imzalanmasını israr etdi"

10-11-2020

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin tövsiyəsindən sonra Qarabağa dair razılaşma imzalamağa qərar verdiyini bəyan edib.

Bu barədə Paşinyan sosial şəbəkə üzərindən canlı yayımda çıxışı zamanı bildirib.

O, həmçinin ölkədə müharibəni davam etdirmək üçün ehtiyat qüvvələrin səfərbər edilməsi ilə bağlı problemlərin olduğunu etiraf edib.

Paşinyanın sözlərinə görə, ordu Qarabağa dair müqaviləni imzalamaqda israr edib, çünki resurslar tükəndi.

"Ordu dayanmağın lazım olduğunu söylədi. Ona görə ki, problemlər var idi, amma onların həlli üçün heç bir perspektiv mövcud deyil və ya resurs tükənib”.

Onun sözlərinə görə, ölkənin səfərbərliklə bağlı problemləri var idi, ümumiyyətlə, ölkə döyüş əməliyyatları aparmağa hazır deyildi. Ön cəbhədə döyüşənləri əvəz edənlər yox idi.

“Döyüşənlərin dincəlmə fürsəti olmalı idi. Cəbhə xəttində bir ay ərzində döyüşənləri əvəz edən yox idi. Ona görə də Ermənistan rəhbərliyi və tanınmamış “DQR” müharibəni ən qısa müddətdə bitirməyin lazım olduğu barədə qərar qəbul etdi. Əks halda bunun nəticələri daha pis olacaqdı”.

virtualaz.org