Loading...
Hulusi Akar, Zakir Həsənov və digər yüksək vəzifəli hərbçilər Müdafiə Nazirliyində görüş keçiriblər

Hulusi Akar, Zakir Həsənov və digər yüksək vəzifəli hərbçilər Müdafiə Nazirliyində görüş keçiriblər

11-11-2020

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata gröə, noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

XXX

Türkiyə Müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək, görüş keçiriblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "twitter" səhifəsində məlumat verib.

Görüş zamanı Hulusi Akar Zakir Həsənovu qələbə münasibətilə təbrik edib.

Trend.az