Loading...
Rusiya sülhməramlıları Kəlbəcərdə qanunsuz məskunlaşmış erməniləri köçürməyə başlayıb

Rusiya sülhməramlıları Kəlbəcərdə qanunsuz məskunlaşmış erməniləri köçürməyə başlayıb

11-11-2020

Qarabağa dair üçtərəfli razılaşmanın şərtlərinə uyğun olaraq regiona yeridilən Rusiya sülhməramlıları erməni tərəfində isterikaya səbəb olub. Artıq erməni KİV-lərində və sosial şəbəkələrdə təxribatçı çıxışlar yer alır. Məsələn, Kəlbəcərdə olan “politoloq” Aleksandr Kənanyan Facebook-da yazıb: “Artıq “Rusiya sülhməramlıları” erməni əhaliyə qarşı güc tətbiq ertməyə başlayıb. Onları evlərindən zorla çıxarırlar və ən zəruri əşyalarını belə götürməyə imkan vermirlər...Və bu hələ başlanğıcdır...Biz min dəfə demişik ki, türklə (azərbaycanlıları nəzərdə tutur,-red.) “sülhməramlı” arasında heç bir fərq yoxdur...Ona görə də kim Putinin köməyinə ümid edirsə onu ancaq yaxın günlərdə və həftələrdə yeni “üzük əməliyyatı” və deportasiya gözləyir”.

virtualaz.org