Loading...
İşğaldan azad edilmiş daha iki kəndə yeni ad verilir

İşğaldan azad edilmiş daha iki kəndə yeni ad verilir

13-11-2020

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Virtualaz.org bildirir ki, iclasın gündəliyinə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib.

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi, ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi isə Hünərli kəndi adlandırılacaq.