Loading...
Türkiyə hərbçiləri Ağdamda

Türkiyə hərbçiləri Ağdamda

06-12-2020

Hazırda Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi başa çatır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib – mərkəz Ağdamda yerləşəcək.

Bu barədə "Vestnik Kavkaz" məlumat verib.

Ağdamdan Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq.

Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Qarabağda hələlik tutduğu mövqelərdə yalnız Rusiya sülhməramlıları tərəfindən onlardan ayrılmış Azərbaycan Silahlı Qüvvələri dayanacaq.

Virtualaz.org