Loading...
Paradda erməni maşınlarının dövlət nömrə nişanları olan

Paradda erməni maşınlarının dövlət nömrə nişanları olan "divar" nümayiş etdiriləcək

10-12-2020

Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng “divar” hazırlanıb.

Bu “divar”-lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Lövhə bu gün Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradda nümayiş etdiriləcək.

Bu aksiya Kəlbəcərdə, 90-cı illərdən bəri işğal olunmuş ərazilərdə qalan Azərbaycan maşınlarından götürülmüş avtomobil nömrələri ilə üzlənmiş divara bir növ cavabdır.

virtualaz.org