Loading...
Eduard Vartanyan:

Eduard Vartanyan: "Erməni hərbçiləri döyüş meydanından qaçırdı"

11-12-2020

“Erməni hərbçiləri II Qarabağ müharibəsi zamanı döyüş meydanından qaçırdılar”.

“Vestnik Kavkaza” nəşrinin məlumatına görə, bunu hərbi əməliyyatlar başladıqdan sonra yerli əhaliyə dəstək qərarı verərək humanitar yardım göstərmək üçün Dağlıq Qarabağa geden erməni idmançı-peşəkar döyüşçü Eduard Vartanyan deyib.

Bu yaxınlarda Eduard Vartanyan erməni ordusunun əsgərlərinin, zabitlərinin və generallarının Cəbrayıldakı döyüş meydanından necə qaçdıqlarına dair videogörüntü paylaşmışdı. Bundan əlavə, onun sözlərinə görə, Qarabağa göndərilən humanitar yardımın yalnız 20 faizi əhaliyə çatıb - qalan hissəsi oğurlanıb.

"Ermənistanın baş naziri Nikol Paşinyana heç kim xəyanət etmədi. O hər şeyi bilirdi", - Vartanyan açıqlayıb.

Onun sözlərinə görə, Şuşada yalnız könüllülər vuruşub: "Orada Ermənistan ordusunun hərbçilərini görmədim. Ordu təşkil edilmədi".

"Qaçan, oğurlayan, cinayət səhlənkarlığı göstərən hər kəs cəzalandırılmalıdır", - erməni idmançı əminliklə əlavə edib.

Virtualaz.org