Loading...
Ermənilər bizə psixoloji təsir göstərir, guya Gəncəni də aldıqlarını deyirdilər - Əsirlikdə olan hərbçi

Ermənilər bizə psixoloji təsir göstərir, guya Gəncəni də aldıqlarını deyirdilər - Əsirlikdə olan hərbçi

05-01-2021

Ermənilər bizə psixoloji təsir göstərir, guya Gəncəni də aldıqlarını deyirdilər.

Bunu erməni əsirliyində olan Azərbaycan əsgəri Nurlan Əlizadə deyib.

O bildirib ki, müharibənin sonuncu günü əsir düşüb: "Qızğın döyüşlər gedirdi. Hamımız birləşmişdik, bilirdik ki, qalib gələcəyik. Axırıncı gün ermənilərin hərbi texnikasını qənimət kimi götürürdük. Bu vaxt ermənilərin pusqusuna düşdük, əsir götürüldük. Bizi Ermənistana apardılar, olmazın işgəncələrə məruz qaldım. Ermənilər bizə heç bir məlumat vermirdilər, müharibədən heç nə demirdilər, psixoloji təsir göstərir, guya Gəncəni də aldıqlarını deyirdilər. Amma inanırdım ki, ordumuz qalib gələcək. Dekabrın 14-də Bakıya gələnə qədər müharibənin bitməsindən xəbərimiz yox idi".

Trend.az