Loading...
Putin:

Putin: "Qarabağla bağlı üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır"

11-01-2021

Qarabağla bağlı üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır.

Virtualaz.org-un Trend-ə istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.

O bildirib ki, atılan addımlar müntəzəm olaraq ATƏT Minsk qrupunun həmsədrləri ilə nəzərdən keçirilir:

"Bu gün əminliklə demək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır. Əminik ki, bu, münaqişənin həm erməni, həm də Azərbaycan xalqı maraqları çərçivəsində ədalətli əsasda uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri şərtlər yaradır".

Putinin qeyd etdiyi kimi, Ermənistan və Azərbaycan tərəflərinin istəyi ilə Dağlıq Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət olunmasını izləmək üçün Rusiya sülhməramlı kontingenti yerləşdirildi, atəşkəs rejiminin effektiv şəkildə həyata keçirilməsi üçün sistemlər yaradıldı: “Rus sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi var, dörd əlavə post dəhliz boyunca hərəkət təhlükəsizliyindən məsuldur. İndi bölgədə vəziyyət sakitdir".