Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam edir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu gün Yerevanın Respublika meydanında genişmiqyaslı mitinqin elan olunub.
Mitinq təşkilatçıları aksiyanın əsas məqsədinin N.Paşinyanın vəzifədən getməsi olduğunu bildirib.
Qeyd edək ki, ölkədə aksiyalar ötən il noyabrın 10-dan etibarən davam edir.
Trend.az