Loading...
Türkiyəli psixoloqlar qazi və şəhid ailələrinin reabilitasiyasına başladılar

Türkiyəli psixoloqlar qazi və şəhid ailələrinin reabilitasiyasına başladılar

28-01-2021

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, yanvarın 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılan 100-ə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.