Loading...
Qarabağda daha 8 erməni hərbçisinin qalıqları tapıldı

Qarabağda daha 8 erməni hərbçisinin qalıqları tapıldı

29-01-2021

Qarabağda aparılan axtarışlar zamanı daha 8 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.

Virtualaz.org bildirir ki, bunu “Sputnik Armeniya”ya Ermənistan Fövqəladə Hallar Nazirliyindən deyiblər.

Qeyd olunub ki, qalıqlar Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.

Axtarış işləri Xocavənd, Hadrut və Cəbrayıl ərazisində bu gün də davam etdiriləcək.

Məlumatda o da bildirilib ki, yanvarın 28-dək döyüş bölgəsindən 1329 erməni hərbçisinin qalıqları aşkarlanıb.