Loading...
Ermənistan ordusunun polkovniki rüşvətə görə tutuldu

Ermənistan ordusunun polkovniki rüşvətə görə tutuldu

04-02-2021

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eyni zamanda ön cəbhədən arxa cəbhəyə köçürməkdə şübhəli bilinən silahlı qüvvələrin polkovnikini saxlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə MTX məlumat yayıb.

Qeyd edilib ki, polkovnik 13 sentyabr 2020-ci il tarixində çağırışçı əsgər D.G.-nin anasından köçürülmə üçün 2 min dollar (975 min dram) tələb edib. Pulun yarısını bir gün sonra hesabına köçürmə yolu ilə alıb.

Başqa bir əsgər E.T-ni Qarabağdakı döyüşlərdə iştirak edən hərbi hissəyə göndərməmək üçün valideynlərindən 2500 dollar (987 min dram) istəyib. Həmin gün onlardan 2 min dollar alıb.

Başqa bir əsgər valideynlərindən bu məqsədlə 10 min dollar tələb edib. Həmçinin, hərbi rütbələrin verilməsi üçün də rüşvət alıb. O, rüşvət müqabilində fərarilik hallarını da ört-basdır edib.

Məlumatda o da bildirilir bki, polkovniklə yanaşı daha on nəfər saxlanılıb.