Loading...
Ermənistanda itkin düşən hərbçilər tapıldı

Ermənistanda itkin düşən hərbçilər tapıldı

22-03-2021

Ermənistan Müdafiə Nazirliyi bu gün itkin düşmüş iki müqaviləli hərbi qulluqçunun artıq tapıldığı barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbçilərin olduğu yer müəyyənləşdirilib, hazırda onların evakuasiyası üzrə işlər gedir. Amma onların vəziyyəti haqda hələlik məlumat yoxdur, yalnız sağ olduqları bəllidir.

O da qeyd olunur ki, hərbçilərin evakuasiya işlərinə mürəkkəb hava şəraiti, daha dəqiq desək, güclü çovğun mane olur.

**15:59

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin 2 müddətdən artıq hərbi qulluqçusu itkin düşüb. 

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbçilərlə əlaqənin kəsilməsinə səbəb güclü çovğun olub. Belə ki, onlar bir postdan digər posta keçərkən itkin düşüblər.

Qeyd olunub ki, çovğunun davamlı olması axtarış-xilasetmə işlərin aparılmasını əngəlləyir.

Virtualaz.org