Loading...
Paşinyanı Meğridən qovdular

Paşinyanı Meğridən qovdular

21-04-2021

Ermənistanın baş naziri Nikol Paşinyan, yüzlərlə yerli sakinin onun bölgəyə getməsinə qarşı etiraz nümayişindən sonra, cənubdakı Ağarak şəhərini tərk edib.

Nümayiş yerli xəbər portalları tərəfindən real vaxt rejimində göstərilib.

Paşinyan meqafonda "Onların davranışlarına görə üzr istəyirəm" deyib, bir neçə metr gedib və maşına minərək oradan uzaqlaşıb.

**11:06

Ermənistanın baş nazir Nikol Paşinyanın Syunik (Zəngəzur) vilayətinə səfəri etirazlara səbəb olub.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilir ki, hökumət başçısı Mehriyə gəlib, lakin onlarla vətəndaş toplaşaraq onun şəhərin tərk etməsini tələb edib. İnsanların bir qismi isə eyn vaxtda ona dəstək olmaq istəyib. Onların arasında qarşıdurma yaransa da, güc strukturlarının əməkdaşları onları ayıra biliblər.

Agentlik vəziyyətin olduqca gərgin olduğunu, sakinlərin "Nikol, xain!", "Nikol, Türk!" şüarları səsləndirdiyini və polisin onları geri oturtmağa, baş nazirin kortejinin keçməsinə yol açmağa çalışdığını qeyd edir.

Həmçinin bildirilir ki, baş nazirin Mehriyə səfəri əvvəlcədən elan olunmayıb. Sakinlər Paşinyanın kortejindəki maşınların üstünə çıxıblar və onların hərəkətinə mane olublar, toplaşanlar baş naziri ən axırıncı küçə söyüşləri ilə söyürlər...

Virtualaz.org