Loading...
Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub - MN

Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub - MN

26-05-2021

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Trend.az