Loading...
Ermənistanda seçkiqabağı qarışıqlıq: Paşinyanla Koçaryan tərəfdarları arasında toqquşmalar olub

Ermənistanda seçkiqabağı qarışıqlıq: Paşinyanla Koçaryan tərəfdarları arasında toqquşmalar olub

10-06-2021

Ermənistanınn Gümrü şəhərində baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında toqquşma baş verib.

Erməni KİV-lərinə məlumatına görə, insident N.Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasının seçki kampaniyası zamanı qeydə alınıb.

Tərəflər arasında sözlü mübahisə kütləvi davaya çevrilib.

Bundan başqa, Ararat vilayətində Demokrat partiyasının rəsmiləri seçicilərlə görüş zamanı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Trend.az