Loading...
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

11-06-2021

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Trend.az