Loading...
Xarici diplomatik kursların nümayəndələrinin Ağdama səfəri başa çatıb - Hikmət Hacıyev

Xarici diplomatik kursların nümayəndələrinin Ağdama səfəri başa çatıb - Hikmət Hacıyev

13-06-2021

Xarici diplomatik korpus nümayəndələrinin Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Ağdam şəhərinə səfəri başa çatıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev yazıb.

"Kollektiv foto ilə 120 ildən çox diplomatla Ağdama turumuzu bir neçə ildən sonra yeni, müasir, ağıllı Ağdam şəhərinə qayıtmaq vədi ilə başa vurduq. Arxamızdakı kran 30 illik işğal dövründə çevirilən xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir".

Trend.az