Loading...
“Münaqişə bitib, indi sülh haqda düşünməyin vaxtıdır...”

“Münaqişə bitib, indi sülh haqda düşünməyin vaxtıdır...”

18-07-2021

Azərbaycan uzun müddət davam edən münaqişəyə son qoydu və özü də BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında belə deyib.

“Münaqişə bitib, indi sülh barədə düşünməyin vaxtıdır. Bölgədəki yaranan yeni vəziyyətlə bağlı planlarımızı, təşəbbüslərimizi və yanaşmalarımızı müzakirə etdik ”, - deyə dövlət başçısı əlavə edib.

İlham Əliyev onu da deyib ki, Azərbaycan Avropanın etibarlı enerji təchizatçısıdır.Prezident Avropaya enerji tədarükünün şaxələndirilməsində Azərbaycanın rolunu da qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra bölgədəki bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb deyən Dövlət başçısı bildirib ki, Şarl Mişellə görüş zamanı bölgədəki münaqişədən sonrakı inkişaf məsələsi də müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə mətbuat konfransı keçirir. Mətbuat konfransı televiziyalardan canlı yayımlanır:

Virtualaz.org