Loading...
Paşinyan: Ermənistan Azərbaycanla yüksək səviyyədə danışıqlara hazırdır

Paşinyan: Ermənistan Azərbaycanla yüksək səviyyədə danışıqlara hazırdır

12-08-2021

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla yüksək səviyyədə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. Virtualaz.org “TASS”a istinadən xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib. 

"Konkret təkliflər gözləyirik", - Ermənistan baş naziri vurğulayıb. 

"Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır", - Paşinyan əlavə edib.

Virtualaz.org