Loading...
Azərbaycan ordusunun iki hərbçisi Kəlbəcərdə həlak oldu

Azərbaycan ordusunun iki hərbçisi Kəlbəcərdə həlak oldu

14-08-2021

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki,  faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. 

Xatırladaq ki, bundan əvvəl də Laçın və Kəlbəcərdə hərbi nəqliyyat vasitələrinin qəzaya düşməsi nəticəsində əsgər və zabitlərimiz həlak olub. Bu hadisələr Azərbaycan ordusunun Laçın və Kəlbəcərdəki yeni qurulan mövqelərinə aparan, çətin keçilən təminat yollarında baş verdiyi bildirilir.

Virtualaz.org