Loading...
Şəhid əsgər İkinci Şəhidlər xiyabanında dəfn olundu

Şəhid əsgər İkinci Şəhidlər xiyabanında dəfn olundu

04-03-2022

Avtomobil qəzasında şəhid olan əsgər Vüsal Vüqar oğlu Kazımov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

O bildirib ki, Müdafiə Nazirliyinin əməkdaşları da dəfndə iştirak edəcək.

Qeyd edək ki, martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı veriib.

Trend.az