Loading...
“Virtual Qarabağ” öz saytının yeni versiyasını təqdim edəcək

“Virtual Qarabağ” öz saytının yeni versiyasını təqdim edəcək

17-10-2018

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi öz portalının (www.virtualkarabakh.az) yeni versiyasını təqdim edəcək.

Gənclər və İdman Nazirliyi (GİN) yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyevin Moderator.az-a verdiyi məlumata görə, “Virtual Qarabağ”ın saytı GİN-in dəstəyi ilə hazırlanıb.

Portalın təqdimat mərasimi oktyabrın 19-da, saat 15:00-da “Holiday Inn Baku Hotel”də keçiriləcək.