Milanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatın razılaşdırılması planlaşdırılır.
TASS xəbər verir ki, bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.
“Bu gün, dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək. Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır”, - Zaxarova bildirib.
virtualaz.org