Loading...
Hulusi Akar: Nargin adasında saxlanılan türk əsgərlərə qardaş yardımını əsla unutmayacağıq

Hulusi Akar: Nargin adasında saxlanılan türk əsgərlərə qardaş yardımını əsla unutmayacağıq

04-01-2019

Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 104 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımını əsla unutmadıq və unutmayacağıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".

Xatırladıq ki, yanvarın 4-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi qeyd olunur.

trend.az