Loading...
Qarabağlı səhra komandirləri Paşinyana meydan oxuyur

Qarabağlı səhra komandirləri Paşinyana meydan oxuyur

30-01-2019

Qarabağdan olan keçmiş səhra komandiri, qondarma “dqr təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan Ermənistanda eks-prezident Robert Köçəryana qarşı irəli sürülən ittihamları qurama adlandırdığı üçün işdən çıxarılacağını istisna edir.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Balasanyan onu ancaq “dqr prezidentinin” işdən çıxara biləcəyini deyir. Balasanyanın sözlərinə görə, Ermənistan hakimiyyətinin onun vəzifədən çıxarılması barədə “Qarabağ rəhbərliyinin” qarşısında məsələ qaldıra biləcəyini istisna etmir. Lakin əmindir ki, Qarabağ rəhbərliyi bu zaman “dqr konstitusiyasını” əsas götürəcək.

Qeyd edək ki, Balasanyan və Qarabağdan olan digər keçmiş səhra komandirləri Paşinyana Azərbaycanla danışıqlara görə də hücum edirlər, münaqişənin həlli üçün hər hansı güzəştə qarşı çıxırlar. Yəni söhbət “bir qarış da olsun torpaq qaytarmamaq” tərəfdarlarından gedir.

Virtualaz.org