Loading...

"Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi Gənclər Təşkilatlarının V Respublika sərgisində iştirak edib

"Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Kristal Zalın Media Mərkəzində keçirilən gənclər təşkilatlarının V Respublika sərgisində iştirak edib.

2018-ci il noyabrın 13-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Kristal Zalın Media Mərkəzində 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib.

İştirakçıların özlərini təqdim etmək, nailiyyət və imkanlarını göstərmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək məqsədilə təşkil olunan sərgidə "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi də öz stendi ilə çıxış edib. İctimai birlik öz məhsulları ilə yanaşı www.virtualkarabakh.az saytının yenilənmiş versiyasını da sərgi iştirakçılarına nümayiş etdirib.